Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hər bir yaşayış binasının altında məktəbəqədər təhsil müəssisəsi açılsın

Hər bir yaşayış binasının altında məktəbəqədər təhsil müəssisəsi açılsın


"Hər bir yaşayış binasının altında məktəbəqədər təhsil müəssisəsinin açılması zərurirdir".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov səsləndirib. Millət vəkili bunu belə əsaslandırıb:

"Ailədə hər iki valideynin işləməsi zamanı onlar uşağı məktəbəqədər təhsil müəssisəsinə aparmaqda çətinlik çəkirlər. Məcbur olurlar ki, avtobus, yaxud digər nəqliyyat vasitsıilə uşağını yaşayış yerindən kənarda yerləşən məktəbəqədər təhsil müəssisəsinə aparsınlar. Ona görə də hesab edirəm ki, hər bir yaşayış binasının altında market, yaxud digər obyekt açmaqdan daha çox məktəbəqədər təhsil müəssisəsinin açılmasına üstünlük verilməlidir".

Süleyman
Xəbəri paylaş