
"Yaxın Şərq elə bir regiondur ki, orada baş verən kiçik bir qığılcım belə böyük yanğınlara səbəb olur. Necə ki, biz bu ifadəni tam reallığı ilə müşahidə edirik. Bu gün
İran - İsrail - ABŞ üçbucağında yaşanan hadisələr obrazlı şəkildə ifadə etsək böyük bir əsərin bir fraqmentidir. Çünki Yaxın Şərqdə indiyə qədər nisbi sakitlik sadəcə Osmanlı dövründə qeydə alınıb və ondan başqa region hər dövrdə böyük savaşlara ev sahibliyi edib. Sanki müharibələr bu bölgənin qədərdir kimi".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Pərviz Mirizadə deyib. O qeyd edib ki, dünən axşam İran bölgədə yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirdi:
"Bu gözlənilən addım idi. Düzdür, bu tip ritorika qonşu dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Lakin rejim üçün indiki situasiyada uğur hekayəsi yazmaq zərurətdən də artıqdır.
Mövcud zərbələrin ciddi bir hərbi təsiri olmasa da, propaqanda maşını iş başındadır. Yəni, raket zərbələri nəticədən daha çox, daxili auditoriyaya hesablanmış gedişdir. Donald Trampın da açıqlaması bunu təsdiq edir".
Ekspert hesab edir ki, proseslərdə ilkin mərhələ başa çatdı və tərəflərin qarşıda iki variantı var:
"Ya müharibə daha da kəskin xarakter alıb şiddətini artıracaq, ya da İran hakimiyyəti təhqiredici sülhə getməyə məcbur olacaq. Hadisələrin inkişaf tendensiyasından aslı olmayaraq bütün hallarda nəticələr İranda köklü dəyişikliklərə səbəb olacaq".
Süleyman