Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərakeşin parlament nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

Mərakeşin parlament nümayəndə heyəti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib


Ölkəmizdə səfərdə olan Mərakeş Krallığı parlamentinin Savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun sədr müavini Hasan Umribtin başçılıq etdiyi nümayəndə heyəti iyunun 30-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, tər çiçəklər düzüb.

Newscenter.az xəbər verir ki. səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə gül dəstələri düzüb. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.


Süleyman
Xəbəri paylaş