Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib


Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumda iştirak etmək üçün iyunun 30-da Özbəkistan Respublikasına işgüzar səfərə gedib.

Newscenter.az xəbər verir ki, Ürgənc şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri Sahibə Qafarova Özbəkistanın Xivə şəhərində keçiriləcək Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak edəcək.



Süleyman
Xəbəri paylaş