
Qazaxıstanda marixuananın sənaye emalı proseduru müəyyən edilib.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirilib ki, bu, Prezident Kasım-Jomart Tokayevin imzaladığı “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına hüquq-mühafizə xidmətinin təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının, xüsusi dövlət orqanlarının, mülki müdafiə orqanlarının əməkdaşlarının və hərbi qulluqçuların mənzil-məişət və sosial müdafiə ilə təmin edilməsi, habelə daxili işlər orqanlarının fəaliyyəti sahəsində həddindən artıq qanunvericilik tənzimləməsinin qarşısının alınması ilə bağlı dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunda əksini tapıb.
️Qanunvericiliyə əsasən, narkotik vasitələrin istehsalı və ya hazırlanması ilə əlaqədar olmayan, sənaye məqsədləri üçün yetişdirilməsinə icazə verilən marixuananın sortlarını müəyyən etmək səlahiyyəti Hökumətə verilib. Bundan başqa, fərman əsasında marixuananın sənaye emalı proseduru müəyyən edilib.
Mehman Mehdiyev