Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya düşməndir və düşmən olaraq qalacaq

Rusiya düşməndir və düşmən olaraq qalacaq


"Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının etnik azərbaycanlılara qarşı keçirdiyi çoxsaylı əməliyyatlarının hüquqla heç bir əlaqəsi yoxdur. Güç strukturlarının mülki şəxslərə - azərbaycanlılara qarşı heç bir gərəklik olmadan atəş açması, çoxlu insanların öldürülməsi, böyük əksəriyyətinə qarşı işgəncələrin verilməsi sıradan polis və ya güc strukturlarının özbaşnalığı deyil. Etnik azərbaycanlılara qarşı Rusiyanın digər regionlarda da, o cümlədən də Voronej vilayətində də polisun analoji hücumları mübahisəsiz sübut edir ki, bu hücumlar Kremlin birbaşa göstərişi əsasında həyata keçirilir".

Newscenter.az xəbər verir ki, bunları politoloq Vüqar Dadaşov deyib. O bildirib ki, beynəlxalq hüquqda və konvensiyalarda insan hüquqlarında "işgəncə"yə yol verməmək ən əsas, birinci prinsip və tələbdir:

"Hərçənd ki, Rusiya beynəlxalq hüquq normalarına məhəl qoysaydı Moldovanın, Gürcüstanın, Ukraynanın suveren ərazilərinin bir hissəsini işğal etməzdi.

Ümumiyyətlə, Rusiyada etnik azərbaycanlılara qarşı keçirilən kütləvi qanlı hücumlar Azərbaycan dövlətinə basqı və təzyiq niyyəti daşıyır və son üç əsrdə Rusiyanın Azərbaycana qarşı dəyişməz düşmənçilik, imperiya xislətinə söykənən siyasətin növbəti qanlı səhifəsidir".

Politoloq deyib ki, Rusiyanın Azərbaycana qarşı daimi düşmənçiliyinin daha aqresiv hal almasının səbəbi, Azərbaycanın Qarabağ məsələsini həll etməsi, daha müstəqil siyasət aparması, nəinki regionda, dünyada söz sahibinə çevrilməsi və nəhayət real müstəqilliyidir:

"Rusiyanın imperialist düşüncəsi, keçmiş sovet respublikalarına öz müstəmləkəsi kimi baxması Azərbaycanı daha da ayıq-sayıq olmağa məcbur edir. Rusiya prezidenti Vladimir Putin harada rus əsgəri varsa, oranı Rusiya ərazisi hesab etdiyini deyib. Azərbaycan isə rus əsgərlərini öz ərazisindən üç dəfə qovub, çıxarıb. Rusiya anlamalıdır ki, əgər Azərbaycan Rusiyanın, İranın, Fransanın tam dəstək verdiyi Ermənistan üzərində qələbə qazanmağı bacarıbsa, demək ayrılıqda Rusiyanın da, İranın da basqıların dəf edəcək. Rusiya düşməndir və düşmən olaraq qalacaq".

Anar Əliyev
Xəbəri paylaş