Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya öz imperiya siyasətini açıq şəkildə ortaya qoyur

Rusiya öz imperiya siyasətini açıq şəkildə ortaya qoyur


"Dünyada insanlıq üçün daim təhlükə yaradan insanlara və ölkələrə yanaşmada, şovinist təfəkkürün bütün parametrləri ilə hücum taktikası əsasında hərəkət edən ölkələrdən biri, bəlkə də birincisi, Rusiya, yəni SSRİ imperiyasının varisi öz imperialist düşüncə tərzi ilə sabitliyə və təkamülə qarşı çirkin niyyətlərini gizlətmədən, açıq şəkildə ortaya qoyur.
Etnik azlıqlara qarşı qəddarlıq və assimilyasiya siyasəti müxtəlif dövrlərdə və müxtəlif formalarda həyata keçirilib və bu, imperiya siyasətinin bir hissəsi olub. Qafqaz müharibəsi və bu dövrün ən böyük qırğınlarından biri olan Çərkəzlərin soyqırımı, eləcə də çeçen və inquşların, Krım tatarlarının, Volqa almanlarının, Meskhet türklərinin sürgünləri bu siyasətin bariz nümunələridir. Etnik kimliyə sahib ziyalıların millətçi damğası ilə repressiyalara məruz qalması, müasir dövrdə isə Rusiyada fəaliyyət göstərən millətçi və neonasist qrupların Orta Asiyalılar, çeçenlər və azərbaycanlılara qarşı hücumları da bu zəncirin davamı olaraq müxtəlif zamanlarda həyata keçirilib. Bu, sizin siyasi simanızın açıq sübutudur. Bu imperialist düşüncə tərzini bu gün Vladimir Putin daha qəddar formada davam etdirir".

Newscenter.az xəbər verir ki, bu fikirləri "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov səsləndirib. O deyib ki, baş verənlərə göz yummaqla, susmaqla insan öz daxili kimliyini ortaya qoyur:

"Siz Qafqazda erməni terrorçularına dəstək verməklə xalqımıza qarşı soyqırımların törədilməsində müstəsna 'xidmət' göstərmisiniz. Xocalı soyqırımı da birbaşa sizin Rusiya qoşunlarının köməyi və o zamankı siyasi rəhbərliyin tapşırığı ilə həyata keçirmisiniz. 20 Yanvar faciəsini də xalqımızın başına sizin qızıl ordunuz gətirib. Əslində, tarixdə “qızıl ordu” deyil, qara ordu kimi yaddaşlara həkk olunan bu ordu sizin qara siyasi planlarınızı həyata keçirən, qəddarlığı ilə seçilən, insanlıq düşməni obrazını təcəssüm etdirən bir simvoldur".

Mərkəz rəhbəri daha sonra bunları qeyd edib:

" Qafqazda həmişə öz nankor planlarını həyata keçirmək üçün erməniləri vasitə kimi bəsləyən siz rus rəhbərlərisiniz:

Dünya müharibələrində Azərbaycanın və azərbaycanlıların göstərdiyi xidmətləri nəzərə almayan, mədəniyyətdən uzaq siyasi təfəkkür sahiblərisiniz. Bu xalqın mərdliyi, müdrikliyi, eləcə də alimləri həmişə gözünüzə batıb. Alimlərimizi məhv etmisiniz. Sizin Stalininizi məşhur Tehran görüşündə ölümdən xilas edən isə azərbaycanlı Məmmədhüseyn Əsədov olub. Bəli, biz bunu bilirik ki, Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətin izi də bu xalqın Cənubi Qafqazda yaratdığı yeni reallıqlarını həzm edə bilməmənizlə bağlıdır. Bu, həm də müxtəlif siyasi, geosiyasi və strateji səbəblərlə əlaqədardır. Amma anlamırsınız ki, artıq siz, yəni rus siyasi rejimi dünyanın sivil cəmiyyətlərinin gözündə nifrətin ən dərin, ən sərt formasını qazanmısınız".

Ramil Hüseynov deyib ki, ədalətli dünyanı düşünən, onu formalaşdırmağa çalışan müdriklər mütləq sizin əməllərinizə qiymət verəcək:

"Biz öz xalqımızın hüquqlarını 44 günlük müharibədə ədalət və insanlıq prinsiplərinə uyğun olaraq bərpa etmişik. Sizin millətimizə qarşı törətdiyiniz cinayətlərə cavab isə mütləq olacaq".

Süleyman
Xəbəri paylaş