
Xivədə keçirilən Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda Özbəkistan Senatının sədri Tənzilə Norbayeva parlamentlər arasında əlaqələrin genişləndirilməsindən danışıb.
Newscenter.az "Sputnik Özböəkistan"a istinadən bildirir ki, Tənzilə Norbayeva bunun yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsində böyük əhəmiyyəti olduğunu deyib:
"Parlament rəhbərlərinin görüşləri müntəzəm xarakter alıb. Bununla belə, mövcud imkanlardan tam istifadə olunmayıb. Ona görə də əməkdaşlığımızın perspektivlərini müəyyən etməliyik. Fikrimizcə, parlamentlərarası komissiyanın yaradılması əməkdaşlığımızda yeni mərhələ olacaqdır. Bu komissiya iqtisadi və sosial siyasət, qadın və gənclərin hüquqlarının müdafiəsi, ekoloji nəzarət sahələrində qanunların uyğunlaşdırılması mexanizmlərini yaradacaq. Parlament nəzarəti yolu ilə yüksək səviyyəli sazişlərin icrasının təmin edilməsi və bununla bağlı müvafiq komitələr və katibliklər arasında əməkdaşlığın gücləndirilməsi məqsədəuyğundur. Regional parlamentlər (şuralar və bələdiyyələr) arasında təcrübə mübadiləsi mexanizmini tətbiq etmək lazımdır".
Özbəkistan parlamentinin sədri qeyd edib ki, davamlı inkişaf gündəmini birgə təşviq etmək lazımdır:
"Bura inklüziv və keyfiyyətli təhsil, gender bərabərliyi, ətraf mühitin mühafizəsi, “yaşıl iqtisadiyyat”a keçid və davamlı enerji daxildir.
Beynəlxalq və regional parlament strukturları çərçivəsində əməkdaşlıq - Pİ, TürkPA, İƏT, ATƏT PA və MDB PA kimi strukturlarda əməkdaşlıq dərinləşəcək. Milli maraqların qorunmasında razılaşdırılmış mövqelər formalaşacaq.
Mədəni-humanitar tədbirlər genişləndiriləcək, gənclər və təhsil mübadilələri, mədəniyyət, elm, tarixi irsin qorunması sahələrində əməkdaşlıq, mədəniyyət günləri, film festivalları və sərgilər təşkil olunacaq.
Forumun sonunda praktiki təkliflər hazırlanacaq ki, onlar Xivə Bəyannaməsində öz əksini tapacaq”.
Süleyman