
Xivədə birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu keçirilir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Özbəkistanın Yuxarı Palatasının mətbuat xidməti məlumat yayıb.
Forum “Yeni imkanlara doğru: dialoqdan birgə fəaliyyətə” mövzusunda keçirilir. Tədbirdə Özbəkistanın Ali Məclisinin və Azərbaycan Milli Məclisinin deputatları, iki ölkənin gənclər parlamentlərinin nümayəndələri iştirak edirlər.
Yuxarı Palatanın sədri Tənzilə Narbayevanın sözlərinə görə, forum iki ölkənin parlamentlərarası əməkdaşlığını yeni səviyyəyə qaldıracaq mühüm platformadır:
"Biz mövcud imkanlardan maksimum yararlanmalı və Parlamentlərarası Komissiya yaratmaqla ikitərəfli əlaqələri yeni səviyyəyə çıxarmalıyıq. Bu forum Özbəkistanın xarici siyasətinin açıqlığa, dostluğa və davamlı inkişafa yönəldiyinin daha bir bariz sübutudur".
Süleyman