Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Rusiyanı özünə hörmətlə yanaşmağa məcbur edir

Azərbaycan Rusiyanı özünə hörmətlə yanaşmağa məcbur edir


"Azərbaycan və Rusiya arasında baş verən hadisələr fonunda tərəflərin gərginlikdə maraqlı olduğu görüntüsü yaranır. Tərəflər sanki buna hazırlıqlı olublar və bunu gözləyiblər. Rusiyanın atdığı addımlara Azərbaycanın adekvat cavab redaksiyaları, xüsusən də, casus və cinayətkar şəbəkənin aşkar edilməsinin demonstrariv
formada edilməsi onu deməyə əsas verir ki, Azərbaycanın prioritetlərinin dəyişdiyi görüntüsü yaranır".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, Rusiyanın şovinist və imperativ xarakteri yenə də üzə çıxır:

"Azərbaycana həmişəki kimi üstdən aşağı baxmaq halı davam edir. Ona görə də Azərbaycan Rusiyanı özünə hörmətlə yanaşmağı məcbur edir. Hadisələrin hara gedəcəyini proqnoz etmək çətin olsa da, hesab etmək olar ki, Rusiya Prezidentinin Azərbaycan dövlət başçısına telefon zəngi gərginliyin səngiməsinə gətirib çıxara bilər".

Azər Qasımov onu da deyib ki, tərəflərin qəti mövqeyi hadisələri daha da mürəkkəbləşdirə bilər:

"Bu zaman Türkiyənin araya girməsinə səbəb ola bilər. Nəticə etibarilə prosesin geosiyasi tərəfi yoxdursa, yəni məsələ siyasi yox, sadəcə səriştəsizlik və həqiqətən də cinayət hadisəsi ilə bağlıdırsa, tezliklə hadisələrin yoluna görəcəyi mütləq olacaq".

Süleyman
Xəbəri paylaş