Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml başını itirib

Kreml başını itirib


"Rusiyanın Azərbaycana qarşı hazırki aqressiv və təxribatçı hərəkətləri fonunda Tatarıstan dövlətinin rəisi Rüstəm Minnixanovun bu gün Türkiyəyə səfər etməsi və R.T.Ərdoğanla görüşü təsadüfə bənzəmir".

Newscenter.az xəbər verir ki, bunları "Demokratik Azərbaycan Naminə" gənclərin ictimai birliyinin sədri Elməddin Behbud deyib. O bildirib ki, Rusiyanın pərdəarxası tələblərinin reallaşmamasından sonra bütün ölkə boyu azərbaycanlı vətəndaşları və miqrant soydaşlarımıza qarşı hüquq-mühafizə orqanları vasitəsi ilə terrora başlaması daha təhlükəli təhdidlərin qapıda olduğunu göstərir:

"Ancaq bu, yenilik deyil. Biz müstəqilliyimizi bərpa etdiyimiz ötən 24 il ərzində çoxsaylı geosiyasi konfiqurasiyalara və təhlükələrə qarşı dirəniş göstərmişik. Açıq və gizli planda böyük itkilər, qurbanlar vermişik.


Azərbaycan dünyada dondurulmuş münaqişələr tarixində president yaradaraq ərazi bütövlüyünü bərpa etməyə nail olub. Eyni zamanda quzeydən və güneydən və batıdan gələn bütün təzyiq və təhdidlərə sinə gərərək regional aktor kimi enerji və nəqliyyat dəhlizlərində açar rola sahiblənib".

Elməddin Behbud deyib ki, Rusiya isə hər zaman tələb edir:

"Özü də qeyri-adekvat formada, həm də qarşılıqsız. Azərbaycan dövləti isə xarici siyasətini ikinci Qarabağ savaşında qazandığı böyük qələbənin yaratdığı yeni siyasi şəraitin çağırışlarına uyğun qurur. Rıami Bakı indi daha güclü, müttəfiqləri ilə birgə dünyada yeni geosiyasi konfiqurasiyaların yaradıcısı rolunda çıxış etməyə başlayıb. İndi yalnız oyunun iştirakçısı deyil, həm də oyunquran Azərbaycan var.

Bu isə imperiyanı bərk qəzəbləndirir. Doğrudur, bu, ərazi və əhali statistikası etibari ilə dünyanın böyük böyük dövləti olmayan dövlətimiz üçün ciddi təhlükə yaradır. Ancaq biz ən çətin, mürəkkəb dövrlərdə belə imperiyanı seçməmişik... Hətta müstəqilliyimizi təhdid edən güclərin ölkəmizə qarşı həlledici təsirə malik olduğu zamanlarda belə.
Əgər rəsmi Moskva indiki güclü Azərbaycanı imperiyaya xidmətçi rolunda görürsə deməli, həqiqətən də Kreml başını itirib. Biz müstəqil və sağlam, mərkəzində türk faktorunun dayandığı gələcəyi, davamlı inkişafı seçmişik. İmperiya yırtıcıdır, aqressivdir. Amma rəqibsiz və əbədi olaraq qalib və diktəedən deyil. Biz bu tezisi bir neçə dəfə praktik olaraq sübut etmişik. İnanıram ki imperiya yenə və daha fərqli məzmun və fərqli formada buna şahidlik etməyə məcbur olacaq. Azərbaycan uğrunda canından on minlərlə türk və müsəlmanın keçdiyi müstəqil və qüdrətli dövlətdir. Bu mərhələni aşıb keçəcəyik. Hamımız bir yumruq kimi dövlətimizləyik!".

Anar Əliyev
Xəbəri paylaş