
"Rusiya hər zaman paralel dünyada yaşayıb. O dünyada ki, orda zaman geri galıb, insanın dəyəri olmayıb, ölümə statistika kimi baxılıb, qonşulara xor baxılıb, qorxutmaq, nifrət və söyüş hər kəslə ünsiyyətin əsas xətti olub. Amma bu dünyada yaşayan Rusiya uzun müddət kəsiyində hər zaman hər kəsə uduzub. Hətta, müharibə edib qaıib gəldiyi ölkəyə belə tərəqqidə, rifahda uduzub. Tarixən belə olub. İnkişafdan və tərəqqidən geri qalıb, inqilablar və terrorla üzləşib, aclıq və səfalət içində yaşayıb, bütün dünyanı özünə düşmən edib".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O bildirib ki, müxtəlif dövrlərdə Rusiyanın bunu dəyişmək imkanə olsa da, sovinizm, imperiya xəstəliyi, keçmişlə yaşamaq hissləri hər zaman buna imkan verməyib:
"Tarixin bütün mərhələrində Rusiyanın qonşuları onunla davranışlarda müəyyən də olsa qaydalara nail olmaq üçün mübarizə aparıblar. Belə nümunələr çoxdur, və bir çoxları da buna nal olublar.
İndi isə hesablaşmaq növbəsi post-sovet ölkələrinin, müstəqil respublikalarındır. Hansıların ki, müstəqilliyini, özünə hörmət tələb etməyi, bərabər hüquqlu münasibət tələb etməsini Rusiya ya qəbul etmir, ya da buna öyrəşməyib".
Deputat sonra bunları qeyd edib:
"Hər kəs arzu edir ki, Rusiya ilə münasibətlər normal, qarşılıqlı hörmətə əsaslansın. Faydalı iqtisadi əlaqələr qurulsun, bir-birinin suverenliyinə hörmət edilsin, etnik ayrı-seçkilik olmasın. Amma bəzən bunu mübarizə ilə qazanmaq lazım gəlir.
Son zamanıar Rusiyanın dövlət orqanlarının azərbaycanlılara qarşı etdikləri vəhşiliklər və cinayətlər qəbul edilə bilməz. Etnik ayrı-seçkilik, şovinizm, nifrət dolu təbliğat Rusiyanın
dövlət siyasətinin əsas xəttinə çevrilib.
Azərbaycan müharibə edib qalib gəlmiş ölkədir, biz bir daha qanla qazandığımız ləyaqətimizin tapdalanmasına icazə verə bilmərik. Bizim dövlətin bunun üçün hər cür imkanı var. Güclü və müdrik liderimiz və onun arxasında olan bütün dünya azərbaycanlıları var. 2020-ci il Zəfər günüdən sonra yazılan yeni tariximiz bu amilin yenilməz olduğunu bütün dünyaya sübut etdi.
Rusiya dövləti Azərbaycana və azərbaycanlılara hörmət etməli, onlara qarşı vəhşiliyə və cinayətə son qoymalıdır. Rusiya yeni Azərbaycana və azərbaycanlılara öyrəşməli, onunla hörmət və ləyaqət əsasında münasibət qurmalıdır! İndidən sonra azərbaycanlılar öz qürur və ləyaqətini heç kimə qurban verməyəcəklər!".
Süleyman