Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib

Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib


Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar iyulun 2-də Azərbaycana səfərə gəlib. Heydər Əliyev adına Beynəlxalq Hava limanında Ersin Tatarı xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün və Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer qarşılayıb.

Newscenter.az xəbər verir ki, onun iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə müşahidəçi ölkənin dövlət başçısı kimi iştirakı nəzərdə tutulub.

Eyni zamanda E.Tatarın səfər çərçivəsində onun bir sıra tədbirlərə qatılacağı gözlənilir.

Bundan başqa, Şimali Kipr Prezidentinə Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi nəzərdə tutulub.

Xəbəri paylaş