
"İƏT toplantısının Xankəndində keçirilən tədbiri tarixi xarakteri ilə fərqlənir. İlk növbədə məkan seçilməsi, sonra isə veriləcək mesajlar baxımından. Məkanın Xankəndi olması və ora İran da daxil Türkiyə, Pakistanla yanaşı digər Türk dövlətləri başçılarının
gəlməsi simvolik olmaqla yanaşı, eyni zamanda, Azərbaycan ərazilərinin artıq tamlığını simvolizə edir".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O deyib ki, İƏT 1984-85-ci illərdə Türkiyə tərəfindən yaradılıb:
"Bu təşkilat göründüyü kimi kifayət qədər uzun ömürlü və ayaqda qalan təşkilatdır.
Bura postsovet Türk dövlətlərinin də qatılması, eləcə də Şimali Kıprız Türk Respublikasının iştirakı təşkilatın iqtisadi gücünü daha da böyüdüb, rəngarəng edib.
Geosiyasi durumun son Rusiya-Azərbaycan hadisələri ilə gərgin olduğu bir vaxtda İƏT rəhbərlərinin Xankəndinə gəlməsi böyük dəstək mesajı daşıyır. Veriləcək dəstək mesajlarının Rusiya üçün müəyyən mənada çəkindirici xarakter daşıyacağı mütləq olacaq. Tədbir eyni zamanda üzv ölkələrin iqtisadi əlaqələrinin artması istiqamətində də önəmli olacaq".
Süleyman