
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə xalqa müraciət edəcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik verib.
AK Parti rəsmisi deyib ki, Türkiyə liderinin çıxışı iyulun 12-də səhər saatlarında baş tutacaq:
"Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 12-də tarixi bir çıxış edəcək. Vətəndaşlarımızı prezidentin həmin çıxışını dinləməyə dəvət edirəm".
Lakin Çelik Rəcəb Tayyib Ərdoğanın çıxışının nədən ibarət olacağını açıqlamayıb.
Süleyman