
Qırğızıstanın paytaxtı Bişkekdə Mərkəzi Asiya Parlamentarilərinin Forumu keçirilir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu məqsədlə Özbəkistan Ali Məclis Senatının sədri Tənzilə Narbayevanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bişkekə gəlib.
Forum “Mərkəzi Asiya ölkələrinin parlamentləri: regionun hərtərəfli inkişafı üçün effektiv həll yolları” mövzusunda keçirilir.
Forumun məqsədi dayanıqlı iqtisadi artımın təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və rəqəmsal mühitin inkişafı sahəsində Mərkəzi Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlığı gücləndirməkdir.
Forum çərçivəsində “Miqrasiya və əmək axınları: vətəndaşların hüquqlarının hüquqi müdafiəsi və iqtisadi sabitlik”, “Mərkəzi Asiya ölkələrində investisiya mühitinin yaxşılaşdırılması və iqtisadi şəffaflığın artırılması üçün qanunvericilik tədbirləri”,
“Parlamentlər və rəqəmsal suverenlik: kibertəhlükəsizlik, rəqəmsal mühitin hüquqi tənzimlənməsi” kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Süleyman