
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ Prezidenti Donald Tramp arasında görüş olub.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsi, regional və qlobal gündəmdə olan aktual məsələlər müzakirə olunub.
Prezidentlər əvvəlki telefon danışığı zamanı da qarşılıqlı razılaşmaların praktiki səmərəliliyinin təmin edilməsinə xüsusi diqqət yetiriblər.
Mirziyoyev həmçinin ABŞ prezidentini Özbəkistana səfərə dəvət edib. Təklifə müsbət münasibət bildirən Donald Tramp jurnalistlərə deyib ki, “buna baxacaq”.
Süleyman










































