Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq balıqçılıq sənayesi forumu keçiriləcək

Beynəlxalq balıqçılıq sənayesi forumu keçiriləcək


Oktyabrın 22-dən 24-dək Sankt-Peterburqda Beynəlxalq Balıqçılıq Forumu və Balıqçılıq Sənayesi, Dəniz məhsulları və Texnologiyaları Sərgisi keçiriləcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Balıqçılıq üzrə Federal Agentliyin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, forumun əsas mövzularına balıqçılığın təşviqi, yeni akvakultura texnologiyaları, yerli yem istehsalının artırılması perspektivləri və digər məsələlər daxildir.

Forum iştirakçıları gəmiqayırma ilə bağlı məsələləri də müzakirə edəcəklər. Hazırda balıqçılıq təsərrüfatının genişmiqyaslı modernləşdirilməsi aparılır, investisiya kvota proqramı həyata keçirilir. Çıxış edənlər bu sahədə əldə olunmuş nailiyyətləri, idxalı əvəzləmənin həyata keçirilməsini, dövlət dəstəyinin inkişafını müzakirə edəcəklər.

Digər müzakirə mövzusu isə bütün ölkə üzrə istehlakçıları yüksək keyfiyyətli və müxtəlif balıq məhsulları ilə təmin edən əsas amil olan logistika olacaq. Aparıcı ekspertlər bu sahədə effektiv həllər və perspektivli yenilikləri müzakirə edəcəklər.

Mehman Mehdiyev
Xəbəri paylaş