
Moskva və Astana Qazaxıstanda atom elektrik stansiyasının tikintisinin texniki, maliyyə və hüquqi parametrlərini müzakirə ediblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə bildirib.
"Hazırda müvafiq idarələr texniki və maliyyə parametrlərini, o cümlədən qanun çərçivəsində məsələlər üzərində işləyirik", - Lavrov Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə danışıqların yekununda bildirib.
Lavrov deyib ki, Rusiya bu istiqamətdə bütün öhdəlikləri vicdanla, vaxtında və tam şəkildə yerinə yetirməyə hazırdır.
Rusiya XİN rəhbəri həmçinin bildirib ki, danışıqlar zamanı həmkarına Ukrayna və onun ətrafında baş verən son hadisələr barədə məlumat verib.
"Biz dostlarımızı Ukraynada və onun ətrafında baş verən son hadisələrlə bağlı məlumatlandırdıq. Qazaxlı dostlarımızın bizim mövqeyimizi başa düşməsini yüksək qiymətləndiririk", - Lavrov bildirib.
Qeyd edək ki, iki ölkənin xarici işlər nazirləri Rusiya Federasiyası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 33-cü ildönümünü qeyd etmək üçün bir araya gəliblər.
Mehman Mehdiyev