
15-ci Beşillik dövründə (2026-2030) Çin beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməkdə davam edəcək və “sərt” və “yumşaq” gücünü artıracaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Maliyyə-İqtisadi Komissiyasının Aparat rəhbərinin müavini Han Vensiu məlumat verib.
“Əminəm ki, növbəti beş il ərzində ölkəmiz həm sərt, həm də yumşaq qüdrətini ümumi gücünü artırmağa davam edəcək, onun beynəlxalq arenada mövqeyi daha da yüksələcək, xalq daha da yaxşı və xoşbəxt yaşayacaq, 2035-ci ilədək sosializmin əsaslı modernləşdirilməsi üçün daha möhkəm zəmin yaradacaq”, –deyə o, bildirib.
Anar Əliyev










































