
Vitus Berinq Kamçatka Dövlət Universiteti “Elm” milli layihəsi çərçivəsində yosunlardan kosmetika istehsal edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, rektor səlahiyyətlərini icra edən Olqa Rebkovets bildirib ki, universitet həmçinin geotermal enerji üzrə Rusiyanın avtomatlaşdırılmış kompleksinin yaradılması ilə də məşğul olacaq.
Vulkanik balneologiya layihəsi Kamçatkanın unikal resursları qəhvəyi yosunlar, müalicəvi palçıq və vulkanik qum əsasında təbii kosmetika xəttinin hazırlanmasını əhatə edir. Bu sübut edilmiş effektiv məhsullar artıq böyük şirkətlərin marağına səbəb olub. "Kamçatka Qızılı" ASC və digər sənaye tərəfdaşları layihəni dəstəkləməyə hazırdırlar. 2026-cı ilin birinci yarısı üçün partnyor kanallar vasitəsilə satışlar planlaşdırılır.
Şeyda













































