Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dövlətləri informasiya təhlükəsizliyi üzrə qlobal trendlərə adaptasiya etməlidir — Alptekin Cihangir İşbilir

Türk dövlətləri informasiya təhlükəsizliyi üzrə qlobal trendlərə adaptasiya etməlidir — Alptekin Cihangir İşbilir


Türk dövlətləri informasiya təhlükəsizliyi və media sahəsində sürətlə dəyişən qlobal trendlərə adaptasiya olunmalıdır.

Newscenter.az Finss.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində keçirilən “Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünya artıq geosiyasi transformasiya mərhələsindən informasiya üstünlüyü uğrunda mübarizə dövrünə keçib:

“Biz artıq geosiyasi transformasiyadan astrosiyası informasiya dövrünə keçmişik."

Səfirlik rəsmisi vurğulayıb ki, müasir medianın inkişafı birbaşa yüksək texnologiyalara, xüsusilə də peyk sistemlərinə və süni intellektə bağlıdır:

“Bu gün müasir, peyk texnologiyaları inkişaf etdirilmirsə, medianı da inkişaf etdirmək mümkün deyil. Müasir texniki dəyişikliklərin mediaya təsirləri müşahidə edilib, araşdırılmalıdır. Süni intellekt çox sürətli alqoritmlərdir. Xarici şəbəkələr süni intellekti çox yaxşı şəkildə mənimsəyiblər. Biz də bu istiqamətdə inkişaf etməliyik."

A.C.İşbilir həmçinin türk dünyasının media sahəsində yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb:

“Türk dünyasında yeni bir intibah dövrü yaşanır. Biz eyni cəbhədə çıxış etsək, bir-birimizə qarşı çıxmasaq, media bizim ən böyük silahımıza çevrilə bilər.”

O bildirib ki, hazırda Azərbaycanda müxtəlif media imkanları sınaqdan keçirilir və Türkiyə–Azərbaycan media platformasının potensialı qiymətləndirilir:

“Azərbaycanda bu imkanları test edirik. Türkiyə-Azərbaycan media platformasının hansı işlər görə biləcəyini nəzərdən keçiririk”
Xəbəri paylaş