Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda Rusiyapərəst baxışlara görə cinayət təqibi yoxdur:Mirzoyan

Ermənistanda Rusiyapərəst baxışlara görə cinayət təqibi yoxdur:Mirzoyan



Ermənistanda Rusiyapərəst siyasi baxışları ifadə etdiyinə görə cinayət təqibi yoxdur.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ermənistanda siyasi fəaliyyət üçün belə bir əsaslandırılmış cinayət təqibi yoxdur. Bu məlumat həqiqətə uyğun deyil”, - deyə nazir parlamentdə hökumət saatı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovun Gümrü meri Vardan Qukasyan haqqındakı şərhlərini şərh edərkən bildirib. Mirzoyan deyib ki, cinayət təqibi siyasi bəyanatlarda respublikada suverenliyə, ərazi bütövlüyünə təhdid olduqda və ya konstitusiya quruluşunun devrilməsinə çağırışlar olduqda həyata keçirilir.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə əməkdaşlığa çağıran erməni siyasətçilərin təqib olunduğunu iddia edib.

Anar
Xəbəri paylaş