
Ermənistan-Azərbaycan sərhədində ideal sülh bərqərar olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, baş nazir Nikol Paşinyan bunu yerli televiziya kanallarında yayımlanan Ermənistan parlamentində hökumət saatı zamanı bildirib.
Ermənistanın Baş naziri rəsmi Yerevanın regionda sülhün möhkəmləndirilməsi və təsis edilməsi üçün diplomatik səylərini davam etdirdiyini vurğulayıb. O, həmçinin bildirib ki, Ermənistan hakimiyyəti heç vaxt ayıq-sayıqlığını itirməyib və Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında qeyd olunan məsələlərə diqqət yetirir.
Yanvarın 20-də Ermənistanın Xarici Kəşfiyyat Xidməti 2026-cı ildə ölkənin üzləşdiyi xarici risklər haqqında illik hesabatını dərc edərək, rəsmi Bakının "Qərbi Azərbaycanın qayıdışı" ilə bağlı təbliğatını gücləndirdiyini bildirib.
Anar












































