Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstanda Azad İqtisadi Zona yanır

Qırğızıstanda Azad İqtisadi Zona yanır


Qırğızıstanın paytaxtında yerləşən Bişkek Azad İqtisadi Zonasında yanğın baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, 22 yanvar gecəsi Bişkekdəki Azad İqtisadi Zonanın anbarlarından birində yanğın baş verib, nəticədə bir əcnəbi ölüb. Mərhumun vətəndaşlığı müəyyənləşdirilir.

Yanğının söndürülməsi üçün beş yanğınsöndürmə briqadası cəlb edilib. İlkin məlumatlara görə, yanğın anbarın təxminən 900 kvadratmetr sahəsini məhv edib. Yanğının səbəbini xüsusi olaraq yaradılmış idarələrarası komissiya müəyyən edəcək.

Anar
Xəbəri paylaş