
2026-cı il yanvarın 20-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu, beynəlxalq münasibətlər sisteminin fundamental dəyişikliklərə məruz qaldığı bir dövrə təsadüf etdi. Azərbaycan Prezidenti İlham Əliyevin "Euronews" kanalına verdiyi müsahibə, ölkəmizin bu mürəkkəb transformasiya prosesində təkcə iştirakçı deyil, həm də oyun qaydalarını müəyyən edən strateji bir aktor olduğunu göstərdi.
Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Orxan Baxşəliyev deyib. O bildirib ki, 20 Yanvar – Ümumxalq Hüzn Günündə verilən bu müsahibə həm də simvolik bir məna daşıyaraq, Azərbaycanın istiqlal yolunda keçdiyi məşəqqətli və zəfərlə dolu yolun məntiqi davamı kimi yadda qaldı:
"Prezident İlham Əliyevin müsahibədə toxunduğu ən mühüm məqamlardan biri müasir beynəlxalq münasibətlər sistemindəki böhran idi. Dövlət başçısı açıq şəkildə bildirdi ki, artıq dünya "qanunun aliliyi" deyil, "gücün qaydası" ilə idarə olunur. Bu, sadəcə bir müşahidə deyil, həm də Qərb təsisatlarının və beynəlxalq hüquq normalarının bəzi hallarda yalnız kağız üzərində qaldığına dair sərt və dürüst bir xəbərdarlıq idi".
Anar












































