
“Türkiyə-Türkmənistan İqtisadi və Ticarət Əməkdaşlıq İmkanları" adlı konfrans keçirilib.
Newscenter.az xəbər verir ki, konfrans Türkmənistanın Ankaradakı səfirliyi, EkoAvrasiya Fondu və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlığı Birliyinin (TÜRKSİT) birgə təşkilatçılığı ilə baş tutub.
Konfransın təşkilatçılarından olan EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren deyib ki, tədbir Türkiyə ilə Türkmənistan arasında iqtisadi inteqrasiyanın sürətləndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədi daşıyıb. Müzakirələr Ankara Ticarət Palatasında (ATO) keçirilib.
"İş dünyasının aparıcı adlarından ibarət görkəmli dəvət olunmuş cəmiyyət və diplomatik missiya nümayəndələrinin bir araya gəldiyi görüşdə; 2026-cı il üçün vizyon, enerji təhlükəsizliyi və strateji tərəfdaşlıq hədəfləri ətraflı şəkildə masaya yatırılıb",-deyə Hikmet Eren deyib.
Süleyman












































