
ABŞ prezidenti D. Tramp Ukraynanı danışıqlar masasına oturmağa çağırıb. Nə qədər gec deyil, Ukrayna Rusiya ilə razılaşmalıdır. Belə başa düşülə bilər ki, V. Zelenski danışıqlara getmir. Amma, bütün danışıqlara Ukrayna gedir. Sadəcə D.Tramp bununla demək istəyir ki, Ukrayna Donbası tam Rusiyaya verib, onunla razılaşıb kaputilyasiya aktına imza atmalıdır. Bunun nəticəsində D. Tramp sülh adamı olur və Rusiyanın 12 trilyon dollarlıq birgə iqtisadi əməkdaşlıq təklifini qəbul edir.
Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, hazırda ABŞ prezidenti yenidən V. Zəlenskini Rusiyanın şərtlərinə razı salmaq üçün təzyiqlər edir:
"ABŞ-la Ukrayna ilə bağlı razılaşan Rusiya Azərbaycana təzyiqlər etməyə çalışır. Fikir versək, Rusiya Ukrayna ilə bağlı mövqeyini gücləndirəndə qonşu ölkələrə qarşı təzyiqlər etməyə başlayır. Əgər, Ukraynada qalib olarsa, Rusiya Cənubi Qafqaz və Mərkəzi Asiyaya qarşı hərbi təzyiqlər edəcək".
O deyib ki, hazırda D. Trampın Ukrayna ilə bağlı siyasətinə Böyük Britaniya və Avropa İttifaqı ciddi mane olur:
"Nə qədər ki, Böyük Britaniya və Avropa İttifaqı danışıqlar prosesindən kənarda qalacaqsa, ABŞ və Rusiyanın Ukrayna ilə bağlı sövdələşməsi baş tutmayacaq".
Süleyman












































