
ABŞ-İsrail-İran müharibəsinin ilk günü İranın atdığı raketlərdən biri Heydərovlara məxsus 6 rezudensiyanın yerləşdiyi ərazinin yaxınlığına düşüb.
Newscenter,az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, ABŞ və İsrailin bombardmanlarına cavab olaraq İran fevralın 28-də Dubayı raket atəşinə tutub:

"Raketlərdən biri PALM JUMEYRA süni adasına atılıb. Həmin ərazidə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Nicat və Tale Heydərovlara məxsus, müharibədən əvvəlki dəyəri 30 milyon dollar olan 6 rezidensiya yerləşir. Raket zərbəsindən ərazidə böyük dağıntı baş verib. Zərbənin təsiri o qədər güclü olub ki, ətrafdakı binalara, o cümlədən Heydərovlara məxsus azı 2 rezidensiyaya zərər dəyib, şüşələri sınıb".

Bildirilib ki, raket zərbəsi zamanı süni adada 4 nəfərin yaralandığı yerli hökumətin media ofisi tərəfindən təsdiqlənib:
"Adada, raket zərbəsinin endirildiyi ərazidən bir neçə kilometr məsafdə isə Heydərovlara məxsus Sofitel The Palm Resort & Spa hoteli heç bir zərər görməyib.

İranın Palm Jumeyraya zərbə endirdiyi gün Nicat Heydərov Dubayda olub və dərhal Türkiyə üzərindən Azərbaycana təxliyə olunub".
Anar










































