Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Livanda ölənlərin sayı 2800-ə çatır

Livanda ölənlərin sayı 2800-ə çatır


İsrailin hava hücumları və artilleriyası Livanın cənubuna zərbələr endirməyə davam edir,

Newscenter.az TASS-a istinadən bildirir ki, son 24 saat ərzində 15 nəfər ölüb, 85 nəfər yaralanıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2 martda hərbi eskalasiyanın başlamasından bəri ölənlərin ümumi sayı 2727-yə çatıb. Bu müddət ərzində yaralıların sayı isə 8438 nəfər təşkil edib.

Səhiyyə Nazirliyi qeyd edib ki, cümə axşamı günü Nəbatiyə şəhəri və ətraf ərazilər intensiv bombardmanlara məruz qalıb və xilasedicilər dağıntıları təmizləməyə davam edirlər. Nazirlik vurğulayıb ki, günün sonuna qədər itki və yaralanan vətəndaşların sayı arta bilər.

Anar
Xəbəri paylaş