Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çexiyada hakimiyyət orqanları arasında fikir ayrılığı yaranıb

Çexiyada hakimiyyət orqanları arasında fikir ayrılığı yaranıb



Çexiya Prezidenti Petr Pavel və Baş nazir Andrey Babiş iyul ayında Ankarada keçiriləcək NATO sammitinə nümayəndə heyətinin tərkibi barədə razılığa gələ bilməyiblər.

Newscenter.az TASS-a istinadən bildirir ki, dövlət başçısı özü bunu açıqlayıb.

"Ölkəni beynəlxalq arenada təmsil etmək prezidentin konstitusiya vəzifəsidir", - deyə dövlət başçısı bildirib. O qeyd edib ki, sammitdə iştirak etmək niyyətindədir.

Pavel bildirib ki, o, əsasən zirvə görüşünün qeyri-rəsmi hissəsində - dövlət başçıları üçün şam yeməyində və Avropa və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsində iştirak etmək istəyir. Rəsmi tədbirlərdə o, Babiş, xarici işlər naziri Petr Macinka və müdafiə naziri Yaromir Zunanın ölkəni təmsil edə biləcəyini təklif edib ki, bu təklif prezidentlə hökumət arasında kompromis olacaq.

Prezident bildirib ki, əgər kabinet onu nümayəndə heyətindən kənarlaşdırarsa, Konstitusiya Məhkəməsinə müraciət etməyə hazırdır, lakin əlavə edib ki, belə bir addımı yalnız son çarə kimi görür.

Mehman
Xəbəri paylaş