
ABŞ diplomatik həll yolu yaxınlaşdıqda həmişəki kimi hərbi ritorikaya üstünlük verir və prosesləri hərbi məcraya yönəldir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib. O bildirib ki, hazırda tərəflər arasında heç bir danışıqlar yoxdur:
"Sadəcə atəşkəs var".
İran XİN rəhbəri qeyd edib ki, ölkəsi Birləşmiş Ştatların hərbi ritorikasını cavabsız qoyamayacaq.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazından keçən ABŞ-ın idarə olunan raket esmineslərinə edilən hücumlara cavab olaraq İranın hərbi obyektlərinə zərbələr endirildiyini açıqlayıb.
Anar











































