Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanın Baş nazirinin müavini Qərbi casuslarını ölkədən çıxarmağa çağırıb

Gürcüstanın Baş nazirinin müavini Qərbi casuslarını ölkədən çıxarmağa çağırıb


Gürcüstanın Baş nazirinin müavini və Hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri Mamuka Mdinaradze Qərb ölkələrini respublikadakı kəşfiyyat fəaliyyətlərini məhdudlaşdırmağa və agentlərini çıxarmağa çağırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, baş nazirin müavini əks halda casus şəbəkəsini ifşa etməklə hədələyib.

"Ölkəmizdə intensiv, qəddar kəşfiyyat fəaliyyəti aparan bir neçə Avropa ölkəsindən xahiş etmək istərdim. Bu gün əks-kəşfiyyat fəaliyyəti onqat və daha böyük intensivliklə həyata keçirilir. Bizdə çox böyük həcmdə məlumat var. Biz onlardan bu insanları aparmalarını xahiş edirik. Əks halda mən heç bir təhdid etmirəm, amma əminliklə deyə bilərəm ki, müəyyən addımları atacağıq", - deyə Mdinaradze bildirib.

Onun sözlərinə görə, Gürcüstan kəşfiyyat xidmətləri bütün kəşfiyyat zabitlərini və kəşfiyyat rezidentlərini adları ilə tanıyır. Baş nazirin müavini agentlərinin Gürcüstanda casusluq etdiyi konkret ölkələrin adını çəkməyib. Mdinaradze qeyd edib ki, Gürcüstan bu ölkələrlə münasibətlərinə dəyər verir və onlara zərər vermək istəmir.

Anar
Xəbəri paylaş