
Qazaxıstandan Almaniyaya uçan sərnişin təyyarəsi məcburi eniş edib.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Agentlik "Air Astana"ya istinadən bildiirb ki, təyyarə Astanadan Frankfurta hərəkət edirmiş.
"KC921 reysi texniki səbəblərə görə saat 08:54-də Astanadan qalxıb və saat 11:34-də Aktobedə eniş edib. Bildirilir ki, təyyarə heyəti standart təhlükəsizlik prosedurlarına uyğun olaraq eniş etmək qərarına gəlib. Eniş normal rejimdə baş tutub.
Aviaşirkət sərnişinləri daşımaq üçün Almatıdan ehtiyat təyyarə göndərib. Sərnişinlərin bu gün saat 14:20-də Frankfurta uçması planlaşdırılır.
Anar











































