Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırmızı bülletenlə axtarışda olan 48 nəfər ölkəyə gətirilib

Qırmızı bülletenlə axtarışda olan 48 nəfər ölkəyə gətirilib


27-si İnterpolun qırmızı bülletenləri ilə axtarışda olan mütəşəkkil cinayətkar qrupların üzvləri və narkotik qaçaqmalçıları da daxil olmaqla, 11 fərqli ölkədən Türkiyəyə 48 nəfər ekstradisiya edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, xaricə qaçan və axtarışda olan cinayətkarların tutulması üçün aparılan hərtərəfli səylər nəticəsində böyük bir uğur əldə edilib.

Cinayətkarların ekstradisiya edildiyi ölkələr arasında Gürcüstan (31), Almaniya (7), Yunanıstan (2), ABŞ, Hollandiya, Monteneqro, Polşa, İraq, Rusiya, Serbiya və İordaniya var.

"Xaricə qaçan və həbs qərarı verilmiş şəxsləri diqqətlə izləməyə davam edirik. Müvafiq ölkələrin hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq yolu ilə tutulan şəxslərin ekstradisiyası təmin edilmişdir",-deyə nazirlik bildirib.

Anar
Xəbəri paylaş