
Türkiyənin Səhiyyə Nazirliyi, hantavirus halları ilə bağlı prosesin elmi prinsiplərə uyğun olaraq diqqətlə izlənildiyini bildirərərk vətəndaşları təsdiqlənməmiş məlumatlara qarşı xəbərdar edib.
Newscenter.az-ın xəbərinə görə, nazirliyin yaydığı açıqlamada qeyd edilir ki, Türkiyə daxilində sözügedən virusla bağlı heç bir hal aşkarlanmayıb.
"Ölkəmizdə hələlik heç bir virus halı aşkar edilməyib. Vətəndaşlarımızın yalnız rəsmi orqanların verdiyi açıqlamaları nəzərə almaları və ictimaiyyət arasında yayılan təsdiqlənməmiş məlumatlara qarşı diqqətli olmaları vacibdir. Nazirliyimiz, bütün müvafiq qurumları ilə birlikdə ictimai sağlamlığı təhdid edə biləcək hər cür yoluxucu xəstəliklərə qarşı müayinə, profilaktika, nəzarət və monitorinq səylərini fasiləsiz olaraq davam etdirir",-deyə nazirlik bildirir.
Anar











































