
ADY-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə qanvermə aksiyası keçirilib.
Newscenter.az-a ADY-dən bildirilib ki, Respublika Qan Bankı ilə birgə keçirilən aksiyada müxtəlif struktur bölmələrindən olan dəmiryolçular iştirak ediblər.
Toplanan qan ehtiyatı hemofiliya və talassemiya xəstələrinin, həmçinin təcili qan köçürülməsinə ehtiyacı olan digər şəxslərin müalicəsinə yönəldiləcək.
Süleyman










































