Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçmiş deputat büdcə vəsaitlərini qumarda uduzub- -QAZAXISTANDA

Keçmiş deputat büdcə vəsaitlərini qumarda uduzub-



Qazaxıstanın Almatı vilayətinin Karasay rayon məslisinin keçmiş deputatı cinayətkar sxem təşkil edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Maliyyə Monitorinqi Agentliyi məlumat yayıb.

Məlumata görə, o, aqrar-sənaye kompleksinin dəstəklənməsi üçün ayrılan büdcə vəsaitlərini geniş miqyasda mənimsəməkdə şübhəli bilinir. Şübhəlinin kənd təsərrüfatı sektorunda təcrübəsi var idi və dövlət subsidiyalarının mexanizmlərini yaxşı bilirdi. Bundan istifadə edərək, keçmiş deputat büdcə vəsaitlərinin qanunsuz alınması üçün sabit sxem yaradıb.

Sxemi həyata keçirmək üçün təşkilatçı tabeliyindəki müəssisələrdən və Almatı, Jambıl və Türküstan vilayətlərində qeydiyyatdan keçmiş 29 fermer təsərrüfatından istifadə edib. Səlahiyyətli orqanlara sənaye moruq sahələrinin əkilməsi üçün nəzərdə tutulmuş elit moruq fidanlarının alınması ilə bağlı saxta sənədlər təqdim edilib.

Şübhəli saxta alqı-satqı müqavilələri, qəbul və çatdırılma aktları, elektron qaimə-faktura və əkin materialları istehsalçılarının sertifikatlaşdırılması ilə bağlı sənədlər tərtib edib.

Lakin şitillər əslində çatdırılmayıb. Sənədlərdə göstərilən bəzi təsərrüfatların moruq yetişdirmək üçün real imkanı olmayıb. Nəticədə, büdcədən qanunsuz olaraq 2,6 milyard təngədən çox subsidiya alınıb.

Qanunsuz olaraq alınan subsidiyaların 491 milyon təngəsi fond bazarındakı əməliyyatlara yönəldilib. Bu məqsədlə şübhəlinin həyat yoldaşının adına broker hesabı açılıb və bu hesab vasitəsilə Qazaxıstan və xarici şirkətlərin qiymətli kağızları alınıb.

Bundan əlavə, müvəqqəti maliyyə yardımı göstərmək bəhanəsi ilə daha 400 milyon təngə "iSolutions Capital" mikromaliyyə təşkilatına köçürülüb. Daha sonra bu vəsaitlər şübhəli tərəfindən tədricən nağd pula çevrilib.

Keçmiş deputat həmçinin oğurlanmış vəsaitin 170 milyon təngəsini Kunayev şəhərindəki kazinoda qumara xərcləyib.

Şübhəlilərin 4 mənzili, 3 avtomobili, şəxsi evi və qiymətli kağızları məhkəmə qərarı ilə müsadirə edilib. Üç şübhəli barəsində həbs qətimkan tədbiri tətbiq edilib. Cinayət işi məhkəməyə göndərilib.

Arzu
Xəbəri paylaş