
Avropa ölkələri və Kanada liderlərinin NATO sammitində ABŞ-a sadiqliklərini açıq şəkildə nümayiş etdirmələrinə baxmayaraq, Şimali Atlantika Alyansında çatlaqlar qalmaqdadır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O qeyd edib ki, 7-8 iyul tarixlərində Ankarada NATO-nun zirvə görüşü keçirildi və bu zirvə toplantısında hərbi-siyasi alyansın üzv ölkələrinin dövlət və hökumət başçıları iştirak etdi:
"NATO-nun baş katibi Mark Rutte bunu alyansın tarixində əlamətdar bir hadisə kimi təqdim etməyə nə qədər çalışsa da, heç bir nəticə vermədi".
Diplomat bildirib ki, Avropa ölkələri və Kanada liderləri Vaşinqtona sadiqliklərini açıq şəkildə nümayiş etdirsələr və öz ərazilərini müdafiə etmək üçün daha böyük məsuliyyətlər götürməyə hazır olduqlarını vurğulasalar da, transatlantik əlaqələrdəki çatlar qalmaqdadır.
Zaxarova bildirib ki, Şimali Atlantika Alyansı ukraynalıları sadəcə geosiyasi ambisiyalarını təmin etmək üçün xərclənə bilən material kimi görür, onların əsl taleyini və Kiyev rejimi üçün maliyyələşdirdikləri milyardlarla avro nəzərə alınmaqla avropalıların özlərinin real maraqlarını nəzərə almır.
O, həmçinin qeyd etdi ki, Rusiya ilə qarşıdurma NATO üçün ekzistensial və sistemlidir. Zaxarova bildirib ki, NATO sammitindəki məsuliyyətsiz qərarlar təkcə alyansın özü üçün deyil, bütün dünya üçün fəlakətə səbəb ola bilər.
Anar













































