
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı iki ölkə arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalandı. İmzalanan sənədlər sırasında Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması ilə bağlı Bəyannamə də vardı.
Məsələ ilə bağlı fikirlərini Newscenter.az-la bölüşən iqtisad elmləri doktoru Arzuman Muradlı deyib ki, Azərbaycan-Almaniya Biznes Şurası hər iki ölkədən olan iş adamları üçün yeni imkanlar açacaq:
"Bildiyimiz kimi Azərbaycanda çoxsaylı alman investorları var və onlar ölkəmizdə müxtəlif sahələrə sərmayə qoyublar. Eyni ilə Almaniyada da azərbaycanlı sahibkarlar fəaliyyət göstərirlər. Hesab edirəm ki, Biznes Şurası qarşılıqlı şəkildə iş adamlarının sayının artması, yeni əməkdaşlıq imkanlarının ortayam çıxmasına gətirib çıxaracaq. Bu da öz növbəsində alman investisiyalı müəssisələrinin sayının artması, məşğulluğun yüksəldiməsi, ən əsası yeni iş yerlərinin yaradılmasına gətirib çıxara bilər".
Arzuman Muradlı qeyd edib ki, Azərbaycan-Almaniya Biznes Şurası həm də sahibkarların korrdinasiyalı şəkildə fəaliyyəti üçün də zəmin yarada bilər.
Süleyman












































