
"Yaxın Şərqdə davam edən gərginlik ciddi narahatlıq yaradır. Belə bir vəziyyətdə təmkinli olmaq və dialoqu bərpa etmək əvvəlkindən daha vacibdir".
Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bunları prezident Şavkat Mirziyoyev iranlı həmkarı Məsud Pezeşkiyonla telefon danışığı zamanı deyib.
Telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusən də ticarət-iqtisadi, investisiya, nəqliyyat və mədəni-humanitar sahələrdə əlaqələrin genişləndirilməsi barədə razılığa gəlinib.
Özbəkistan və İran liderləri gündəlikdəki digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Süleyman












































