
Müasir dövrdə informasiya savaşına istər daxili, istərsə də xarici aləmdə tez-tez rast gəlinir. Dövlətlər, siyasi qruplar, lobbi təşkilatları, hətta fərdi şəxslər daha çox bir-birinə media üzərindən təsir göstərməyə çalışır, yaxud qara piar kampaniyası həyata keçirir. Bu kampaniya zamanı sosial şəbəkələrdən də geniş istifadə edilərək ictimai rəyə təsir göstərmək qarşıya məqsəd qoyulur. Bu prosesdə ayrı-ayrı ictimai xadimlər də tez-tez informasiya qarşıdurmasının mərkəzinə düşürlər. Belə şəxslərdən biri də son dövrlərdə beynəlxalq hüquq müdafiəçisi və ictimai fəal kimi tanınan David Seliverstovdur. Son dövrlər müxtəlif media subyektləri və sosial şəbəkələrdə ona qarşı aparılan kampaniya hər nə qədər David Seliverstovun cəmiyyətdəki nüfuzu, dövlət, xalq, cəmiyyət üçün gördüyü işlərə təsir göstərə bilməsə də, ümumilikdə sözügedən şəxsin fəaliyyətinə qısa nəzər yetirərək onun barəsində cəmiyyətə bir daha ətraflı, obyektiv məlumat verməyi özümüzə borc bildik.
Məlumat üçün qeyd edək ki, David Seliverstov uzun müddətdir ki, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə edən çıxışları, multikulturalizm, dini tolerantlıq və Azərbaycan–İsrail münasibətlərinin inkişafı ilə bağlı fəaliyyəti ilə tanınır. O, müxtəlif beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyü, regionda sülh təşəbbüsləri və antisemitizmlə mübarizə kimi mövzular barədə fikirlər səsləndirib. Belə şəxslər təbii olaraq fərqli siyasi baxışlara malik qrupların diqqət mərkəzində olurlar. Onların fəaliyyəti dəstək qazandığı kimi, müəyyən dairələr tərəfindən kəskin tənqid də edilə bilər. Ancaq tənqid də mütləq qaydada sağlam təmələ söykənməlidir. Bu baxımdan Seliverstov ətrafında yaranan müzakirələri yalnız qarayaxma kampaniyası kimi qiymətləndirmək olar.
David Seliverstovun fəaliyyətində cəmiyyətin inkişafına yönəlik məsuliyyət hissi, vətənpərvərlik dəyərlərinə hörmət və həssas təbəqələrə dəstək hər zaman xüsusi əhəmiyyət daşıyır. Xüsusilə şəhid ailələri və qazilərə göstərilən mənəvi və sosial diqqət onun fəaliyyətinin əsas göstəricilərindən biri hesab olunur.
David Seliverstov ictimai fəaliyyətində bu dəyərlərin önəmini vurğulayan şəxslərdən biri kimi tanınır. O, müxtəlif sosial təşəbbüslərdə iştirak etməyi, vətəndaşların problemlərinin dinlənilməsini və həssas sosial qruplara diqqətin artırılmasını vacib hesab edir. David Seliverstov haqlı olaraq deyir ki, şəhid ailələri və qazilər cəmiyyətimizin ən böyük fədakarlıq nümunəsini göstərmiş insanların ailələridir. Onların sosial rifahının qorunması, mənəvi dəstəyin göstərilməsi və gündəlik problemlərinin həllinə töhfə verilməsi həm dövlət qurumlarının, həm də ictimai təşkilatların əsas fəaliyyət istiqamətlərindən biridir. Azərbaycanda bu istiqamətdə müxtəlif sosial dəstək proqramları və layihələr həyata keçirilir və Seliverstov da həmin layihələrin icraçıları sırasında yer almaqdan hər zaman məmnunluq hissi keçirir.
David Seliverstovun da ictimai fəaliyyətində humanizm, sosial həmrəylik və vətəndaş məsuliyyəti prinsiplərinin ön planda olduğubu da deyə bilərik. Elə bu səbəbdəndir ki, şəhid və qazi ailələrinin cəmiyyətin diqqət mərkəzində saxlanılması, onların ehtiyaclarının dinlənilməsi və mənəvi dəstəyin davamlı olması kimi məsələlər Seliverstovun fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir. Bu mənada David Seliverstov deyir ki, şəhidlərin xatirəsinə ehtiram və qazilərə qayğı Azərbaycanın milli həmrəylik dəyərlərinin ayrılmaz hissəsidir. Bu dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın və ictimai xadimin üzərinə düşən mühüm məsuliyyətlərdən biridir.
Süleyman











































