Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Litva Rusiya və Belarusla sərhəddə səngər qazacaq

Litva Rusiya və Belarusla sərhəddə səngər qazacaq


Litva Rusiyanın Kalininqrad vilayəti və Belarusla sərhəd boyunca səngərlər qazacaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, bununla bağlı qərar hökumət iclasında qəbul edilib.

Nazirlər Kabinetinin mətbuat xidməti təsdiq edilmiş mühəndislik konstruksiyalarının parametrlərini ətraflı şəkildə açıqlayıb:

"Patrul cığırından əraziyə 20 metr enində əks-hərəkət səngəri qazılacaq və ordu komandanlığı tərəfindən yaradılan əməliyyat zonaları ərazisində səngərin eni 150 metr olacaq".

Onlar hərbi əks-hərəkət proqramının təkmilləşdirilməsinin bir hissəsi olaraq yaradılacaq.

Bəyanatda deyilir ki, bu proqram çərçivəsində əlavə tədbirlər 2026-2030-cu illər arasında təxminən 50 milyon avro tələb edəcək.

Anar
Xəbəri paylaş