Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Hava Yolları tarixinin ən uzun uçuşunu etdi

Türk Hava Yolları tarixinin ən uzun uçuşunu etdi


Türk Hava Yolları (THY), Avstraliya turu çərçivəsində İtaliyanın A Seriyası komandası olan Juventus üçün xüsusi çarter əməliyyatı həyata keçirib.

Newscenter.az şirkətə istinadən bildirir ki, bu, THY-nin tarixində ən uzun fasiləsiz uçuşu olub.

Yuventus komandasını Avstraliyanın Pert şəhərindən İtaliyanın Turin şəhərinə daşıyan TC-LJE qeydiyyatlı Boeing 777-300ER təyyarəsi təxminən 13.800 kilometr məsafəni dayanmadan qət edib.

Pertdən havaya qalxan təyyarə təxminən 16 saat 27 dəqiqəlik uçuşdan sonra Turinə çatıb.

Bu əməliyyat, THY tərəfindən bu günə qədər həyata keçirilən fasiləsiz uçuşlar arasında uçuş müddəti və qət edilən məsafə baxımından yeni bir rekord kimi qeydə alınıb.

Uçuşda istifadə edilən TC-LJE qeydiyyatlı təyyarə əvvəllər İstanbuldan Pertə TK3700 reysi ilə təxminən 14 saat 30 dəqiqə davam edən mövqe uçuşu həyata keçirib və "Yuventus" komandasını götürmüşdü.

Süleyman
Xəbəri paylaş