
ABŞ ordusuna məxsus AH-64 Apache helikopteri qəzaya uğrayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, helikopter qəzası Texasın mərkəzində qeydə alınıb. Qəza nəticəsində helikopterin göyərtəsində olan iki nəfər həlak olub. Qəza barədə məlumatı yerli rəsmilər də jurnalistlərə etiraf ediblər.
Xoşbəxtlikdən helikopter yerə düşərkən insan tələfatı və dağıntıya yol açmayıb. Lakin qəza yerində yanğın baş verib. Təhlükəsizlik məqsədilə yaxınlıqdakı sakinlər təxliyə edilib.
Anar











































