Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO Avropadakı Amerika bazalarını müdafiə etməyə hazırdır

NATO Avropadakı Amerika bazalarını müdafiə etməyə hazırdır


NATO, İrandan hipotetik hücumlar baş verəcəyi təqdirdə Avropadakı Amerika bazalarını müdafiə etməyə hazır olduğunu bildirib.

Newscenter.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti hərbi alyansdakı mənbələrə istinadən məlumat yayıb.

"NATO sözçüsü İranın Avropadakı Amerika hədəflərinə potensial hücumları ilə bağlı hərbi alyansın istənilən təhdidə cavab verməyə hazır olduğunu və bütün üzv dövlətləri müdafiə etmək üçün əlindən gələni edəcəyini bildirib",-deyə qəzet yazır.

Bir müddət əvvəl isə "Financial Times" qəzeti anonim mənbələrə istinadən xəbər vermişdi ki, Vaşinqton Tehranla sülh müqaviləsi imzalamaqdan yayınmağa davam edərsə, İran təkcə Yaxın Şərqdə deyil, həm də Avropadakı Amerika bazalarını vurmağa hazır olacaq.

Anar
Xəbəri paylaş