Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan əhalisinin 12%-i ali təhsillidir

Özbəkistan əhalisinin 12%-i ali təhsillidir


Özbəkistanda 15 yaş və yuxarı 3,2 milyondan çox sakin ali və ya aspirantura təhsilinə malikdir.

Newscenter.az xəbər verir ki, bu barədə Milli Statistika Komitəsi məlumat verib. Bildirilib ki, qeyd edilən göstərici bu yaş qrupundakı əhalinin 12%-ni təşkil edir.

Komitənin məlumatına görə, 9,7 milyon nəfər (35,8%) orta ixtisas və peşə təhsilinə, 11,6 milyon nəfər (42,8%) isə ümumi orta təhsilə malikdir.

15 yaş və yuxarı hər min sakinə 120 nəfər ali və aspirantura təhsilli, 358 nəfər orta ixtisas və peşə təhsilli, 428 nəfər isə ümumi orta təhsilli düşür. 

Bundan əlavə, siyahıyaalmaya əsasən, Özbəkistanda təhsil müəssisələrində yeddi yaş və yuxarı 9,6 milyon insan təhsil alır. Tələbələrin əksəriyyətini kişilər təşkil edir - 4,95 milyon (51,5%), qadınlar isə 4,66 milyon (48,5%).

Ali təhsil müəssisələrində 1,73 milyon insan təhsil alır. Universitet tələbələrinin 49%-ni qadınlar təşkil edir.

Süleyman
Xəbəri paylaş