Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda kommunal xidmət tarifləri artacaq

Qazaxıstanda kommunal xidmət tarifləri artacaq


Qazaxıstanda kommunal xidmət tarifləri artacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin Təbii inhisarların tənzimlənməsi komitəsinin sədri Timur Kosımbayev deyib.

Onun verdiyi məlumata görə, kommunal xidmət tarifləri hər il 20-30 faiz artır.

"Məsələn, indi bir otaqlı mənzil ayda 25 min tengedir. Tariflər artarsa, ona daha 3-4 min tenge əlavə olunacaq və bu, təxminən 28-30 min tenge olacaq", - deyə Kosımbayev bildirib.

İki otaqlı mənzillərin sahibləri üçün isə kommunal xidmət tarifləri 5-7 min tenge artacaq.

Kosımbayev deyib ki, aztəminatlı vətəndaşlara, çoxuşaqlılara və sosial cəhətdən aztəminatlı şəxslərə, pensiyaçılara mənzil yardımı verilir:

"Kommunal xərclərin bir hissəsi onun hesabına ödəniləcək. Məsələn, ailənin gəliri 200 min, kommunal xərcləri isə 30 min tengedirsə, o zaman 200 min tengenin 10 faizini istehlakçı ödəyəcək. Qalan 10 min tenge yerli büdcədən ödəniləcək”, - komitə sədri qeyd edib.

Mehman Mehdiyev
Xəbəri paylaş