Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hava limanları 134,9 milyon sərnişinə xidmət göstərib

Hava limanları 134,9 milyon sərnişinə xidmət göstərib



Cari ilin 7 ayı ərzində Türkiyənin hava limanlarından 134 milyon 949 min 751 sərnişin istifadə edib.

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Uraoğlu qeyd edib ki, bu müddət ərzində hava limanlarında eniş və qalxan təyyarələrin sayı daxili marşrutlarda 97 916, beynəlxalq marşrutlarda isə 101 966 olub. Beləliklə, 2024-cü ilin eyni ayı ilə müqayisədə hava gəmilərinin ümumi trafikində 7,5 faiz artım qeydə alınıb.

Nazir Uraloğlu, iyul ayında daxili sərnişin dövriyyəsinin 10 milyon 13 min 193, beynəlxalq sərnişin dövriyyəsinin isə 16 milyon 118 min 978 nəfərə çatdığını bildirib. O, deyib ki, ötən ilin eyni ayı ilə müqayisədə birbaşa tranzit də daxil olmaqla, ümumi sərnişin daşınması 4,9 faiz artıb. Həmin ayda daşınan yüklərin ümumi həcmi 499 min 71 tona çatıb.

Ümumilikdə orta aylıq sərnişin sayı İstanbul əhalisini ötüb.

Anar Əliyev
Xəbəri paylaş