
Özbəkistan Respublikası Ali Məclisinin Senatı ilə Qazaxıstan Respublikası Parlamentinin Senatı arasında parlamentlərarası dialoqun dərinləşdirilməsinə və beynəlxalq arenada birgə təşəbbüslərin təşviqinə yönəlmiş 2025-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair “yol xəritəsi” imzalanıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, müqaviləyə Astanada Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayev arasında keçirilən görüş zamanı imza atılıb.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı geniş spektrli məsələlər, o cümlədən siyasi, iqtisadi, humanitar və regional sahələrdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri müzakirə edilib.
Qeyd olunub ki, iki dövlətin rəhbərlərinin güclü siyasi iradəsi sayəsində Özbəkistan-Qazaxıstan münasibətləri hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Parlamentlərarası əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yeni səviyyəyə yüksəlib.
Süleyman